Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tether və Bitfinex Nyu-York prokurorluğu ilə konflikti həll etdi

Tether və Bitfinex Nyu-York prokurorluğu ilə konflikti həll etdi

Tarix: 20 Mart 2021 21:48

Tether və Bitfinex 18.5 milyon dollar cərimə ödəməklə Nyu-York Baş Prokurorluğu (NYAG) ilə razılığa gələrək bütün problemləri həll etməyi bacardılar. Bitfinex və Tether əleyhinə məhkəmə 2019-cu ilin aprel ayında başlamışdı. Hər bir Tether (USDT) stablecoin 1 ABŞ dollar ekvivalentində fiat valyuta təmin edilməli olduğu halda Nyu-York Prokurorluğu şirkəti Tether-in fiat valyuta ilə tam təmin edilməməsini iddia edirdi. Hazırda mövcud razılığa əsasən şirkət cərimə ödəməklə yanaşı NYAG-ya və geniş ictimaiyyətə USDT stablecoinin təminatına dair rüblük hesabatlar təqdim etməlidir.


Etiketlər:  Tether Bitfinex York prokurorluğu ilə konflikti həll etdi


RƏYLƏR