Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 23:14
Erimənistanın baş naziri Nikol Paşinyan Vətən Müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul edib.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Araqotsotn vilayətindəki Ucan kəndinin sakinləri ilə görüşündə etiraf edib ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Qarabağda bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.
Paşinyan xatırladıb ki, noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli bəyanatı imzaladığı üçün onu xəyanətdə suçlayırlar.
"Amma onlara sual vermək lazımdır ki, başqa hakimiyyət nə edəcək, bu anlaşmadan boyun qaçıracaq? Bu suala mənfi cavab verirlər, çünki bəyanatdan imtina Ermənistan üçün fəlakət olar. Bizi ittiham edirlər ki, 2018-ci ildən sonra Silahlı Qüvvələrdə mövcud olan bir sıra problemləri həll edə bilmədik. O problemlər 25 ildi ki, vardı. İttihamlar əsaslıdır. Amma sual yaranır: axı ərzaq və mərmilərlə bağlı problemlər nə üçün 2018-ci ildə mövcud olmalı idi?", - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistanda 2018-ci ildəki "məxməri inqilab"dan sonra ölkə Qarabağdakı ərazilərin Azərbaycana mərhələli qaytarılmasını nəzərdə tutan danışıqlar prosesində dəyişikliklər etməyə çalışıb: "Qarabağda müharibə başlayanda ordumuz mümkün olan müddətə qədər döyüşdü".
Xaricit siyasətə gəldikdə isə, Paşinyan bildirib ki, Ermənistan yolların qarşılıqlı şəkildə açılmasını və Meğridə nəqliyyat dəhlizinin işə salınmasını yalnız özü üçün Naxçıvandan İrana, Azərbaycandan da Rusiyaya belə dəhlizlərlə mübadilə şərti ilə qəbul edəcək.
Daxili siyasətdən danışanda isə o, bəyan edib ki, kimin hakimiyyətə gələcəyinə yalnız xalq qərar verə bilər.