Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 23:48
Yeni növ koronavirusun (COVID-19) üçüncü dalğasına məruz qalan Fransa ən böyük stadionunu peyvənd mərkəzi edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkənin Seine-Saint-Denis bölgəsindəki Fransa Stadionu aprel ayından etibarən vətəndaşların xidmətində olacaq.
Qeyd olunub ki, mərkəzdə gün ərzində minlərlə insana vaksin vurulacaq.
Xatırladaq ki, bu gün paytaxt Paris daxil olmaqla ölkənin 16 bölgəsi sərt karantin rejiminə keçib.