Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 23:56
İsrailin sığorta və aktivlərin idarəetməsi üzrə ən iri investisiya şirkəti olan Altshuler Shaham 2020-ci ildə dünyanın ən böyük bitcion fondu olan "Grayscale Bitcoin Trust"-a (GBTC) 100 milyon dollar məbləğində yatırım edib. İnvestisiya bir bitcion üçün qiymət 21.000 dollar olan vaxt edilmişdi. 51 milyard dollarlıq investisiya portfelini idarə edən Altshuler Shaham şirkətinin həmtəsisçisi Gilad Althshuler "Globes" xəbər agentliyinə verdiyi müsahibədə qeyd edib ki, şirkət bir bitcoin 21.000 dollar olanda Grayscale Investments-ə sərmayə qoyub və 2021-ci ilin fevral ayında bitcoin 40.000 dollara qalxan zaman isə aktivlərinin üçdəbir hissəsini satıb. Altshuler Shaham investisiya şirkəti hazırda "Grayscale Bitcoin Trust"-da 150 milyon dollarlıq səhmlərə sahibdir.
Grayscale Bitcoin Trust 2013-cü ildə yaradılıb və hazırda bitcoin üzrə yatırım təklif edən ən böyük bitcoin fonddur. Fond, Digital Currency Group-a daxil olan Grayscale Investments tərəfindən idarə olunur.