Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəblərin Acınohurdakı dron videosu ilə bağlı açıqlama - VİDEO

Ərəblərin Acınohurdakı dron videosu ilə bağlı açıqlama - VİDEO

Tarix: 21 Mart 2021 15:04

Sosial şəbəkələrdə Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşım edilib. 

Milli.Az İTV-yə istinadən xəbər verir ki, görüntülərdən bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etdiyi aydın görünür. Onların bunu əyləncə üçün etdiyi iddia olunur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkələrdə yayılan məsələyə münasibət bildirilib: 

"Bizə məlumat daxil olub, qeyd edilənlərlə bağlı qanun pozuntusunun olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərlə aydınlıq gətiriləcək və ictimaiyyətə məlumat veriləcək. Ərazidə ETSN-in əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntuları görüb, göz yumması kimi faktlar təqdim olunarsa, bu məsələlər də tərəfimizdən obyektiv şəkildə araşdırılacaq".

Milli.Az


Etiketlər:  Ərəblərin Acınohurdakı dron videosu ilə bağlı açıqlama VİDEO


RƏYLƏR