Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər - Rəşad Mahmudov - VİDEO

Yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər - Rəşad Mahmudov - VİDEO

Tarix: 21 Mart 2021 15:40

Britaniya ştammının insan tələfatına səbəb olub-olmaması çox da əhəmiyyət kəsb etmir. Çünki ölüm sayı eyni nisbətdə olsa belə, yoluxma sayları artdığı halda bu, ölüm göstəricilərini də artıra bilər.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Koronavirusun mutasiyaya məruz qalma reallığı var. Bu qeyri-adi deyil, gözlədiyimiz hadisə idi. Britaniya ştammı və ona bənzər ştamlarda yoluxma sürəti həddindən çoxdur. Bu isə o deməkdir ki, yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər. Yoluxma sayının 4 rəqəmə yaxınlaşması bizi narahat edir. Bunu nəzərə alaraq, bayram günlərində daha ehtiyatlı davranmalıyıq", - o bildirib.


Etiketlər:  Yoluxma sayı bugünkü rəqəmlərdən çox bilər Rəşad Mahmudov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ