Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 23:56
İnternetdə HarmonyOS əməliyyat sistemini əldə etmək üçün smartfonların hansı texniki özəlliklərə sahib olmaları barəsində məlumat ortaya çıxıb. Güman olunur ki, cihazların siyahısı geniş olacaq. Beləliklə ortaya çıxmış məlumata əsasən HarmonyOS-i Kirin 710 və ondan sonra istifadəyə verilmiş prosessorlara sahib smartfonlar əldə edə biləcəklər. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra satışa çıxmış Huawei smartfonları ilə planşetləri HamronyOS-ə kim yenilənə biləcəklər. Şirkətin fərdi əməliyyat sistemini dəstəkləyəcək prosessorların tam siyahısı isə aşağıdakı kimidir:
- Kirin 710
- Kirin 810
- Kirin 820E
- Kirin 980
- Kirin 980 5G
- Kirin 990
- Kirin 990E
- Kirin 990 5G
- Kirin 9000
- Kirin 9000E.
Qeyd etmək lazımdır ki, Huawei smartfonlarında HarmonyOS-in gələn ay istifadəyə verilməsi gözlənilir. Yeni əməliyyat sistemini ilk öncə qatlana bilən Mate X2 smartfonu əldə etməlidir. Bununla yanaşı məlumata əsasən təqdim olunacaq P50 seriyasına daxil olacaq smartfonlar da HarmonyOS-i əldə edəcəklər.