Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boğaz ağrısına və iltihabına qarşı 3 təbii çarə

Boğaz ağrısına və iltihabına qarşı 3 təbii çarə

Tarix: 24 Mart 2021 20:06

Havaların soyuması ilə birlikdə xəstəliklər də artıb. İsti havadan sərt soyuğa keçid insanlarda boğaz ağrısının yaranmasına yol açıb.

Sonxeber.net boğaz ağrısına faydalı təsir edəcək üsulları araşdırıb.

Duzlu su ilə qarqara - duz boğazı qıcıqlandıran mikrobları məhv edərək təmizlənməsinə kömək edir. Bunun üçün yarım çay qaşığı duzu, bir stəkan suda əridin. Bu qarışımla gündə 3-4 dəfə qarqara edin vu suyu boşaldın.

Darçın çayı - yaxşı antioksidandır. Boğazınızda sünusləri açmağa yardım edir və rahat nəfəs almağınızı təmin edir. Bunun üçün 1 stəkan suyu qaynadın və 2 çubuq darçın atın. 3 dəqiqə dəmləyin. Daha sonra isə çubuqları çıxararaq çayı içə bilərsiniz.

Zəncəfil suyu - bəlğəmgətirici bir bitkidir. Bakteriyaları məhv edir. Boğaz ağrının sağalmasına kömək edir. Zəncəfil çayını hazırlamaq üçün suyu qaynadın, zəncəfili isə xırda-xırda doğrayın. 5 dəqiqə ərzində dəmləyin. Hazır olan çayın içərisinə bal da qata bilərsiniz. /medicina.az


Etiketlər:  Boğaz ağrısına iltihabına qarşı təbii çarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ