Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Latsio”nun 19 yaşlı futbolçusu qəzada ölüb

“Latsio”nun 19 yaşlı futbolçusu qəzada ölüb

Tarix: 25 Mart 2021 12:04

İtaliyanın "Latsio" klubunun futbolçusu Daniel Gerini yol nəqliyyat hadisəsində ölüb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, qəza ölkənin paytaxtı Romada baş verib.

İki dostu ilə birlikdə avtomobillə hərəkət edən futbolçunun maşını "Mersedes"lə toqquşub. 4 gün öncə 19 yaşını qeyd edən Gerini vəfat edib, dostları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Torino", "Fiorentina" və "Spal"da da oynamış Daniel İtaliyanın aşağı yaş qrupu üzrə millilərində də forma geyinib.

Milli.Az


Etiketlər:  Latsionun yaşlı futbolçusu qəzada ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ