Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 19:51
Səhər yeməyi günün ən əhəmiyyətli bir hissəsidir. Belə ki, kilo atmaq istədiyinizdə də səhər yeməyindən imtina etmək məcburiyyətində qalmayacaqsınız. Bu səbəblə burada sizlərə mütəxəssislərin təklif etdikləri kalorisi az olan nahar təkliflərini təqdim edəcəyik. Həm az kaloriyə sahib həm də bəsləyici dəyəri yüksək olan səhər yeməyi təklifləri sizə günə gümrah və sağlam başlamanıza yardım olacaq.
Mütəxəssislərin məsləhət etdikləri səhər naharı hər zaman yumurta olur. Bəs yumurtanı göbələklə hazırlamağı heç sınadınızmı? Göbələkli omletin kalorisi 306-dır. 2 ədəd yumurta, 3 xörək qaşığı göbələk, 1 desert qaşığı zeytun yağı ilə hazırlanan bu omletin yanında istədiyiniz qədər göyərti və 1 dilim çörək istifadə edə bilərsiniz.
Bəzi insanlar səhərlər heçbir qida qəbul etməyi sevməzlər. Belə insanlar günün ən önəmli "pay"ından vaz keçər bir neçə saat sonra gözləri dönmüş bir şəkildə acarlar. Bunun heç də doğru bir şey olmadığını söyləmək olar. Çünki səhər yeməyi günün imtina olunmayan bir hissəsidir. Belə olduğu halda en azından 1 stəkan bananlı süd qəbul edilməsi məsləhətdir. Bir stəkan bananlı südün kalorisi 356-dır.
Sağlamlığınızı qorumağa səhər naharından başlayınki, bütün gün ərzində əhval-ruhiyyəniz də gözəl olsun.