Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' onu satmağa qərar verdi

''Yuventus'' onu satmağa qərar verdi

Tarix: 25 Mart 2021 20:20

"Yuventus"un hücumçusu Paulo Dibala böyük ehtimalla yay transfer pəncərəsində komandanı tərk edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 27 yaşlı futbolçunu satmağa qərar verib. Paulo yayda transferə çıxarılacaq.

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayır. O, bu mövsüm İtaliya A seriyasının 11 matçında iştirak edib, 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.

Xatırladaq ki, daha əvvəl argentinalı oyunçunun "Barselona"nın hücumçu Antuan Qrizmannla dəyişdiriləcəyi xəbərləri yayılıb.

Milli.Az


Etiketlər:  Yuventus satmağa qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ