Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 17:55
"Pandemiya bizi təkcə maddi sıxıntıya salmadı. Eyni zamanda motivasiyadan saldı, depressiyaya düşdük".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva İnstaqramda canlı yayımda deyib. Sənətçi pandemiyada depressiyaya düşdüyünü söyləyib.
T.Ağayeva formada qalma sirrlərini bölüşüb:
"Orqanizmimin sağlam qalması üçün saat 6-dan sonra ağzımı bağlayıram, yemirəm. Ancaq içinə limon atdığım suyu içirəm. 1976-ci ildənəm, 45 yaşım tamam olur. Məni cavan saxlayan xasiyyətlərim var. Hormonal pozuntudan mənim də şişkinliyim var idi. Əziyyət çəkirdim... Sağlam qidanı bildim, tanıdım: un, çörək yemirəm. Şəkər dirəncinə gəlmişdim. Bütün günü yemək yemirdim, ancaq çayla mürəbbə içirdim. Gördüm ki, nə günə qalmışam. Bəzən litr yarım, bəzən 2 litr su içirəm. Axşamlar qara çay olmaz, yaşıl çay lazımdır. Əgər aclıq gəlirsə, limonlu su içirəm. İdman həyatımda önəmli yer tutur. Pilates edirdim, amma zallar bağlandı saxladım. İndi fitnes onlayn dərs edirəm. Həftədə üç dəfə mütləq idman etməliyəm.
Bir də qocalmaya qarşı olan tibbi müalicədir. İmmun sisteminin qorunması və cavanlaşmasını edirlər. Metobalizma yaşın səndən cavan olmalıdır. Səhər avokado yeyirəm. Bir də qızardılmış heç nə yemirəm, olmaz. Həzm edə bilmirəm. Düyüdən imtina etmişəm. Qırmızı əti nadir hallarda yeyirəm. Xəngəli çox sevirəm, amma olmaz".