Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvandakı tarixi məscidimiz dağıdılıb və yerində bina tikilib - VİDEO

İrəvandakı tarixi məscidimiz dağıdılıb və yerində bina tikilib - VİDEO

Tarix: 27 Mart 2021 12:09

Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irs tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İrəvan quberniyasında yerləşən 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Belə vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.

Erməni vandalizminə məruz qalmış abidələrimizdən biri Dəmirbulaq məscididir. İrəvan şəhərindəki bu abidə eyni adlı məhəllədə yerləşdiyi üçün Dəmirbulaq məscidi adlanıb. Bəzi tarixi mənbələrdə göstərilib ki, məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən XVII-XVIII əsrlərdə tikilib. Dəmirbulaq məscidi 1988-ci ilə kimi təyinatı üzrə fəaliyyət göstərib, indi isə tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib...

1988-ci ilin fevralında Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları sözügedən məscidi yandırıblar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı guya xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarları rənglənib ki, yanğının izləri ört-basdır edilsin. Bu kimi faktlarla bağlı müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahlar, ayrı-ayrı müəlliflər də bəhs ediblər.

Möhtəşəm və nadir memarlıq nümunəsi olan belə abidələrimizdən bir ovuc xarabalığın qalması özlərini dünyaya mədəni xalq kimi sırımağa çalışan ermənilərin həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  İrəvandakı tarixi məscidimiz dağıdılıb yerində bina tikilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ