Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 17:25
Müğənni Özcan Denizlə aktrisa İrem Helvacıoğlunun əsas rollarını paylaşdığı "Seni çok bekledim" serialının çəkildiyi lüks vilanın sahibinin kimliyi bəlli olub.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, geniş malikanə 600 milyon dollar sərvəti olan iş adamı Yalçın Sabancıya məxsusdur.
Yalçın "YaSa Holding"in rəhbəri olmaqla yanaşı, Türkiyənin ən varlı adamları arasında 57-ci sıradadır.
İstanbul sahillərində 7 lüks malikanəsi olan iş adamı Özcan Denizin xahişini yerə salmayaraq, villasında çəkiliş etməyə icazə verib.