Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 10:18
"Milli Şura"nın sədri Cəmil Həsənli BBC Azərbaycanca-ya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı "hüquqi müstəvidə işlərin görüldüyünü" bildirib.
Cəmil Həsənli Facebook hesabında vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".
Ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycanca-ya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin "özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını" bildirib.
Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan Günel Həsənlinin adının ictimaiyyət arasında hallanması ilk dəfə deyil. 2014-cü ildə o, idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi.