Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronaviruslu xəstələr evdən çıxdılar, tutuldular

Koronaviruslu xəstələr evdən çıxdılar, tutuldular

Tarix: 30 Mart 2021 16:00

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət - profilaktik tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilib ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis idarələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılmış, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıblar.

Milli.Az


Etiketlər:  Koronaviruslu xəstələr evdən çıxdılar tutuldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ