Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev... - VİDEO

Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev... - VİDEO

Tarix: 31 Mart 2021 18:20

Xəbər verdiyimiz kimi, bu gün Milli Qəhrəman, şəhid polkovnik- leytenant Murad Mirzəyevin doğum günüdür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aprel döyüşlərinin qəhrəmanı 1976-ci ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Milli Qəhrəmanımız Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olub və 1998-ci ildə oranı birinciliklə bitirib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ona qılınc hədiyyə edib.

O, 2016-cı il Aprel döyüşləri zamanı ələ keçirdiyi yüksəkliyi sonuna kimi müdafiə edərək qəhrəmancasına şəhid olub.

Şəhid polkovnik-leytenant 5 dil bilirdi.

M. Mirzəyevdən iki yadigar- Nurlan və Dəniz adlı övladları qalıb.

Milli.Az


Etiketlər:  Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ