Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötdü

Tarix: 1 Aprel 2021 17:06

Rusiyada son sutka ərzində daha 9169 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 554 264 nəfərə çatıb.

Son sutka ərzində 383 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 99 233 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Etiketlər:  Rusiyada koronavirusdan ölənlərin sayı mini ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ