Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mübarəkə çatdı, Əhmədə yaxınlaşır

Mübarəkə çatdı, Əhmədə yaxınlaşır

Tarix: 1 Aprel 2021 20:26

İspaniya millisinin kapitanı Serxio Ramos yığmada 180-ci oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Kosovo ilə matçda (3:1) iştirak edib. Bu qarşılaşma "Real"ın futbolçusu üçün rekordla əlamətdar olub.

O, Oman yığmasının sabiq üzvü Əhməd Mübarəkə çataraq, futbol tarixində milli komanda ilə ən çox oyun keçirən 3-cü futbolçu olub. Hər iki futbolçunun aktivində 180 oyun var.

Bu göstəricidə mütləq rekordçu Misir milli komandasının sabiq futbolçusu Əhməd Həsəndir. Onun aktivində 184 oyun var.

Milli.Az


Etiketlər:  Mübarəkə çatdı Əhmədə yaxınlaşır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR