Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəmil Həsənlinin qızı Günel: "Başım fırlandı,sonra nə baş verdiyini xatırlamıram" - FOTO

Cəmil Həsənlinin qızı Günel:

Tarix: 1 Aprel 2021 20:34

"Milli Şura"nın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli açıqlama yayıb.

Milli.Az xəbər verir ki, o, son gönlər sosial şəbəkələrdə haqqında yayılan iddialara geniş bir açıqlama ilə cavab verib.
Həmin açıqlamanı təqdim edirik:

"Nə qədər güclü stress və məyusluq yaşasam da barəmdə sosial şəbəkələrdə yayılan iyrənc iddialara və böhtanlara aydınlıq gətirmək məcburiyyətindəyəm.

38 yaşım var, 10 il öncə həyat yoldaşımdan ayrılmışam, yetkinlik yaşına çatmış iki övladım var. Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.

Özünü mənə iş adamı Mahir kimi təqdim edən 20.02.1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda 5 fevral tarixində, "Günaydın" restoranında görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım.

Fevral ayının 14-ü yenə "Günaydın" restoranında Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.
Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. 18 mart tarixində Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən "Qaynana" restoranına apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər.
Səhərisi gün, 19 mart tarixində Mahir WhatsApp üzərindən məni dayısı ilə tanış edəcəyini yazdı. Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.

22 mart 2021-ci il tarixdə Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.

Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəlməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam.

Kəskin baş ağrılarımın davam etməsinə baxmayaraq səhərisi özümdə güc tapıb Mahirlə "Jasmin" restoranında görüşdüm və dünən niyə bu vəziyyətə düşdüyümün səbəbini soruşdum, amma dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı və Gallery-yə daxil oldu. Mən o zaman telefonumdakı şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta WhatsApp yazışmalarını sildiyini gördüm.

23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım.

Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam".

Milli.Az


Etiketlər:  Cəmil Həsənlinin qızı Günel Başım fırlandısonra baş verdiyini xatırlamıram FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ