Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda COVİD təhlükəli hal alır - Artıq uşaqlar arasında...

Azərbaycanda COVİD təhlükəli hal alır - Artıq uşaqlar arasında...

Tarix: 3 Aprel 2021 13:00

"Pandemiya yeni başlayanda belə bir fikir var idi ki, uşaqlar COVİD-ə yoluxmur və yaxud da onlar bunu simptomsuz keçirirlər. Amma əlbəttə ki, pandemiyanın gedişatında və son aylarda olan müşahidəmiz bu fikri tamamilə kökündən dəyişdirdi".

Bunu Sonxeber.net-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

O bildirib ki, uşaqlarda əsas əlamətlər kimi maksimum bir həftəyə kimi davam edən yüksək qızdırmadır ki, buna hətta qızdırmadüşürücü dərman preparatları belə kömək olmur:

"Uşaqlar arasında kifayət qədər COVİD infeksiyasına yoluxan və xəstəliyi aşkar kliniki əlamətlərlə keçirən uşaqlar çoxdur. Bu, ən çox məktəb yaş qrupu uşaqlarda, yəni COVİD infeksiyası ilə təmas edən uşaqlar arasında, və yaxud da evində COVİD xəstəsi olan və evdəki COVİD xəstəsi ilə təmas edən uşaqlar arasında daha çox görüldü. 

Uşaqlarda əsas əlamətlər kimi maksimum bir həftəyə kimi davam edən yüksək qızdırma, bəzən bu qızdırmalar hətta qızdırmadüşürücü dərman preparatlarına belə tabe olmur. Qızdırmadan başqa uşaqlarda öskürmə, qarıngetmə, qusma, ishal, burunaxma, boğazda ağrı, səs karlaşması, səsdə batma, baş ağrısı, ümumi əzələ ağrısı, oynaq-sümük ağrısı, iştahasızlıq, yeməkdən imtina etmək kimi əlamətlərlə daha çox özünü göstərir.

Bundan başqa, uşaqlar araısnda COVİD infeksiyasını sadəcə dəridə səpkilərlə belə keçirən uşaqlar vardır. Bəzi uşaqlarda isə adi qrip infeksiyasına bənzər əlamətlər müşahidə edilir. Bu uşaqların valideyinləri amma qətiyyən düşünmür ki, uşaqda COVİD ola bilər. Əlbəttə ki, biz müayinə əsnasında testdən müəyyən edirik ki, uşaq COVİD infeksiyası keçirir". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda COVİD təhlükəli alır Artıq uşaqlar arasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ