Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 20:16
"Apple" şirkəti ekstremal şəraitdə qurğudan istifadə edən idmançılar, turistlər və digər kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmuş möhkəm korpusa malik "Apple Watch" modelini hazırlamağı planlaşdırır. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkəti belə modelin təqdimatını 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəlinə planlaşdırır.
Adi "Apple Watch" ilə eyni funksionallığa malik olacaq yeni "ağıllı" saat modeli əlavə olaraq zərbəyədavamlı olacaq.
"Apple" korporasiyasının nümayəndəsi bu informasiyaya münasibət bildirməkdən imtina edib.