Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanalarda vəziyyət necədir? - Qapanma ola bilər - AÇIQLAMA - VİDEO

Xəstəxanalarda vəziyyət necədir? - Qapanma ola bilər - AÇIQLAMA - VİDEO

Tarix: 5 Aprel 2021 10:18

"Xəstələrin sayında proqressiv artım müşahidə olunarsa, indiyə kimi tətbiq olunan bütün qadağa növləri tətbiq oluna bilər. Buna misal olaraq SMS icazə sistemi və tam qapadılmanı göstərə bilərik".

Sonxeber.net xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında həkim İmran Mirizadə bildirib.

Onun sözlərinə görə, sərt karantinin tətbiq olunması xəstəxanaların qəbul edəcəyi xəstə sayından asılıdır:

"Əgər ölkə ərazisində xəstələr üçün nəzərdə tutulmuş rezerv yerlər tükənəcəksə, qadağalar tətbiq oluna bilər. Karantin rejimi ölkə iqtisadiyyatı və vətəndaşlarına ciddi təsir göstərir. Bu səbəbdən Operativ Qərargah vətəndaşları düşünərək bu addımları atır.

Koronavirusa yoluxmuş bütün xəstələr xəstəxana şəraitində müalicə almır. Təbii ki, bunların içində evlərdə müalicə alanlar da var. Xəstəxanada müalicə alan koronavirus xəstələri aktiv xəstələrin təqribən 30-40 faizini təşkil edir.

Hazırda ölkə ərazisindəki xəstəxanalarda kifayət qədər yer var. Lakin bu da müəyyən limit daxilindədir".

Qeyd edək ki, Azərbaycanda COVID-19 virusuna yoluxmuş aktiv xəstələrin sayı 25 min 412 nəfərdir.


Etiketlər:  Xəstəxanalarda vəziyyət necədir Qapanma bilər AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ