Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xızıda həyətdə toy məclisi aşkarlandı, 10 nəfər məsuliyyətə cəlb edildi

Xızıda həyətdə toy məclisi aşkarlandı, 10 nəfər məsuliyyətə cəlb edildi

Tarix: 5 Aprel 2021 13:30

Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Xızıda həyətdə məclisi aşkarlandı nəfər məsuliyyətə cəlb edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ