Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran TŞ: Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır

İran TŞ: Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır

Tarix: 28 Iyul 2019 04:28

Bakı. Trend:

Fars körfəzində beynəlxalq gəmiçiliyin təhlükəsizliyin təmin olunması üzrə tədbirlər bütün region ölkələri tərəfindən sıx əməkdaşlıqda hazırlanmalıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Tehranda Omanın XİN rəhbəri Yusif bin Ələvi bin Abdullah ilə görüşü zamanı deyib.

Ə.Şamxani bildirib: "Əgər belə tədbirlər xarici dövlətlər tərəfindən hazırlanarsa, o zaman bu yalnız problemləri artıracaq".

Admiralın sözlərinə görə, İran öz qonşuları ilə qarşılıqlı anlaşma və dialoqun qurulması xəttinə qəti əməl edir: "Lakin bəzi region dövlətləri tələsik addımlar atıblar və böhranın idarə olunması imkanını ciddi təhlükə altına qoyublar".

Omanlı nazir öz növbəsində Fars körfəzi regionunun bütün ölkələrini təmkinli olmağa çağırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ