Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya futbolunda faciə

Rusiya futbolunda faciə

Tarix: 5 Aprel 2021 14:06

Rusiya futbolunda faciə baş verib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı həyatını itirib.

Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilən görüşün 2-ci hissəsində meydan çıxan 18 yaşlı futbolçunun 5 dəqiqə sonra halı pisləşib. Gənc oyunçu yıxılaraq yerindəcə keçinib. Həkimlər dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Sidorovun ölüm səbəbi beyin damarının partlamasıdır.


Etiketlər:  Rusiya futbolunda faciə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ