Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Eurovision” təmsilçimiz peyvənd olundu

“Eurovision” təmsilçimiz peyvənd olundu

Tarix: 5 Aprel 2021 15:45

"Tarixi çox sevirəm. Kleopatra və Mata Hari kimi güclü qadınlara heyranam və ilham alıram. 2021-ci ildə seçimlər arasında çox mahnı var idi, amma müsabiqədə "Mata Hari" mahnısı ilə çıxış etməyi çox istəyirdim. Bu parçanın peşəkar musiqiçilərdən ibarət fokus qrupu tərəfindən seçilməsinə sevindim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanı bu il "Eurovision"da təmsil edən müğənni Samirə Əfəndi "Fatehin divanı" proqramına qonaq olarkən deyib. 

29 yaşlı sənətçi qeyd edib ki, 6 ildən sonra "Eurovision" səhnəsinə çıxacaq: "Çox insanın Mata Hari haqqında məlumat əldə etməsi, hekayə və mənimlə maraqlanmaları çox xoşdur. Ancaq bir casus ola bilməzdim, belə bacarığım yoxdur. Bundan əlavə, bek-vokalların Azərbaycan dilində olan frazaları özüm oxumuşam. Bu günə kimi Azərbaycan dilində bir cümlə belə olmayıb. İndi qoy dilimizi bilsinlər". 

Həmçinin, Samirə Niderland səfəri ərəfəsində ona vaksin vurulduğunu bildirib: "İki dəfə peyvənd olunmuşam".

Milli.Az


Etiketlər:  Eurovision təmsilçimiz peyvənd olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ