Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula-1”də daha üç qəza

''Formula-1”də daha üç qəza

Tarix: 26 Aprel 2019 18:40

"Formula-1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
 
İkinci sərbəst yürüş də xoşagəlməz hallarla diqqət çəkib.
 
Öncə Valtterri Bottas (“Mercedes”) 3 dəfə idarəetməni itirərək, beton səddə dəyib. Lakin təcrübəli pilot toparlanaraq, çıxışını davam etdirib.

Ondan fərqli, “Racing Point” komandasının üzvü Lens Stroll sərbəst yürüşdə uğursuzluqla yadda qalıb. Buna onun beton səddə daha güclü dəyməsi səbəb olub. Strollun bolidi evakuasiya edilib, boksa aparılıb.
 
Şarl Lekler (“Ferrari”) də eyni halla üzləşib. Lakin onun bolidinə baxış keçirildikdən sonra o, yenidən trekə qayıdıb (ONA).

 


Etiketlər:  Formula 1də daha üç qəza


RƏYLƏR