Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnyesta "Barselona"ya qayıdışı haqda - "Vaxtım bitib"

İnyesta

Tarix: 28 Iyul 2019 15:04

“Barselona”dan ayrıldığım üçün təəssüflənmirəm. Bu, çox güclü sözdür. Əgər “Barselona”da oynamaq üçün özümdə istək və güc hiss etsəm, məmnuniyyətlə bir ildən sonra ora qayıdaram. Ancaq mənim vaxtım bitib".

Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın sabiq futbolçusu Andres İnyesta "goal.com"a açıqlamasında deyib.

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinə mümkün qayıdışı ilə bağlı danışıb. O, belə bir fikirdə olmadığına işarə edib: "İndi başqa yerdəyəm. Futboldan fərqli şəkildə zövq alıram. Kataloniyalıların uğurlarını izləmək xoşdur. Həmişə “Barselona”nı xoş xatirələrlə yada salacam"

 

 


Etiketlər:  İnyesta Barselonaya qayıdışı haqda Vaxtım bitib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ