Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyatla qılınclaşan qız - VİDEO

Həyatla qılınclaşan qız -  VİDEO

Tarix: 7 Aprel 2021 12:56

Aytəkin İsazadə ən yaxşı 25 idmançı arasında yer alır

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir.

27 yaşlı qəhrəmanımız Aytəkin İsazadə da həyatın ən çətin sınaqları ilə üzləşən gənc xanımdır. 8 yaşında ağır yol qəzasında yürüş qabliyyətini itirir. Lakin həyatdan küsmür.

Çünki ona kömək edən qardaşı vardı. Lakin qardaşı hərbi xidməti bitirdikdən sonra, naməlum səbəbdən intihar edir. Aytəkin və ailəsi ağır itkidən sarsılır.

Bu zaman Aytəkin yaşlı anası və atası ilə tək qalır. Onlara da yük olmaq istəmir və əksinə kömək etmək üçün çıxış yolu axtarır.

Fiziki Məhduddiyyətli Gəclərin Peşə və Reabilitasiya Mərkəzində dərzilik sənətinə yiyələnir. Yiyələndiyi peşəni uğurla bitirdikdən sonra yaşadığı Zaqatala rayonuna qayıdır. Lakin bu dəfə vəziyyət yenə pisləşir.

O rayonda iş tapa bilmir. Çarəsiz idi. Nə edəcəyini qərarlaşdırmaqda çətinlik çəkirdi. Lakin ümidini itirmirdi. Yaşamaq üçün bir səbəb axtarırdı.

Çox keçmir ki dostları Aytəkinə kiçik bir elanı göndərir və o gün Aytəkin bir qərar verir. Sözün həqiqi mənasında qılıncına sarılır və yenidən mübarizə aparmağa davam edir.

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar hər zaman uğur qazanır. Həyatın ən çətin sınaqları ilə üzləşsəniz belə, heç zaman ruhdan düşməyin. Unutmayın pis anların açılası çox qapısı olur. O qapılardan biri mütləq sizin çətinlikdən çıxışınıza kömək edəcək.

Hə bir də, mübarizə həyat üçün şərtdir, mübarizə bitdikdə həyat da bitir.


Etiketlər:  Həyatla qılınclaşan qız VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ