Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beylin Çin klubuna keçidi alınmadı - Peresə görə

Beylin Çin klubuna keçidi alınmadı - Peresə görə

Tarix: 28 Iyul 2019 19:28

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl "Tsyansu Sunin" klubuna keçməyəcək.

Qol.az-ın "The Telegraph" nəşrinə istinadən yaydığı xəbərə görə, uelsli futbolçunun Çin təmsilçisinə transferi alınmayıb. Buna "Real"ın 30 yaşlı futbolçu üçün tələb etdiyi təzminat məbləği səbəb olub.

"Kral klubu"nun prezidenti Florentino Peres 2013-cü ildə "Tottenhem"dən 85 milyon funt-sterlinqə aldıqları futbolçunu həmin məbləğdən ucuz satmaqdan imtina edib. O, Beylin daha dəyərli oyunçu olduğunu hesab edir.
 
Qeyd edək ki, Beyl "Tsyansu Sunin" klubu ilə artıq 3 illik müqavilənin detallarını razılaşdırmışdı. Onun Çin klubunda illik 22 milyon avro qazanacağı iddia olunurdu. Çində yay transfer pəncərəsi iyulun 31-də bağlanacaq.

 


Etiketlər:  Beylin Çin klubuna keçidi alınmadı Peresə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ