Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 18:42
Braziliyanın "Sampayo Korrea" klubunun sosial media reklamı ilə bağlı qalmaqal yaranıb.
Milli. Az lent.az-a istinadla xəbər verir ki, bütün bunlar, klub üzvləri üçün klubun sponsor motelində endirim təmin edən xüsusi bir promosyonu göstərmək üçün seçilmiş fotoşəkilə görədir.
"Bir qol vurun, boliviyalı!" reklam şüarının yanında diiqətləri cəlb edən pozada bikinidə və klub köynəyində bir gözəlin fotosu yerləşdirilib.
Şərhlərdə klub seksizmdə günahlandırıldığı üçün rəhbərlik üzr istəməli olub.
"Bu, tərəfdaşın marketinq komandası tərəfindən hazırlanan bir klub sponsoru üçün təqdimat materialıdır. Bu münasibətlə "Sampayo Korrea" geniş kainatımızın bir hissəsi olan bütün qadın pərəstişkarlarına hörmətini bildirir və heç vaxt bir qadının imicini korlamaq və ya ləkələmək fikrində olmadığını bəyan edir", - açıqlamada vurğulanır.