Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 21:56
"Yuventus"un bu yay "Sassuolo"dan 18 milyon avroya heyətinə qatdığı Merih Dəmiralla bağlı qərar verib.
Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, Turin klubu türkiyəli müdafiəçini komandada saxlayacaq. Yoldaşlıq oyunlarında özünü yaxşı tərfdən göstərməyi bacaran 21 yaşlı futbolçu məşqçilər heyətinin etimadını qazana bilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü ilə "Zenit", "Milan", "Mançester Yunayted" və "Atletiko" kimi komandalar yaxından maraqlanırdı.