Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 14:10
Speys TV növbəti layihəsini tamaşaçılara təqdim edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, ixtisaslaşmış tibbi platforma "Medical Media"nın və Speys TV-nin təqdim etdiyi "Çox Yaşa" proqramı həftə içi beş gün səhər saat 11.15-də yayımlanır. "Çox Yaşa" maarifləndirici tibbi verilişdir.
Verilişdə müxtəlif ixtisas həkimləri, ölkənin ən yaxşı mütəxxəssisləri hər hansı bir xəstəlik haqda tam ətraflı məlumat verirlər. Üstəlik, akademik tibbi terminlərlə deyil, əksər insanlar üçün tam anlaşılan, sadə dildə. Sağlamlığımızın qeydinə qalmağın nə qədər önəmli olduğunu artıq bir ildən çoxdur ki, pandemiya şəraitində yaşayan dünya əhalisi daha yaxşı dərk edir.
Xatırladaq ki, verilişin aparıcısı bir zamanlar Speys TV-də xəbər aparıcısı olan Mehriban Əsgərovadır.