Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünü xanım kimi tanıdaraq qadınları şantaj etdi - FOTO

Özünü xanım kimi tanıdaraq qadınları şantaj etdi -  FOTO

Tarix: 9 Aprel 2021 14:50

Lənkəran polisi sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxsi yaxalayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Lənkəranda yaşayan S.Ə adlı bir qadın polisə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.

E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Özünü xanım kimi tanıdaraq qadınları şantaj etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ