Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 21:12
Sinxua Universiteti və Çin Elmlər Akademiyasının alimləri tərəfindən kriptovalyuta mayninqinin karbon tullantılarına təsiri haqqında keçirirlmiş araşdırma nəticəsində məlum olub ki, 2024-cü ilədək Çində bitkoinlərin mayninqi illik 130 milyon ton həcmində karbon tullantılarının yaranmasına səbəb olacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, alimlər simulyasiya modelləşdirməsinin köməyi ilə Çində bitkoinlərin mayninqi vaxtı tullantıların axınını araşdırıblar. Müəlliflər aşkar ediblər ki, Çində maynerlər tərəfindən illik enerji istehlakı 2024-cü ildə 296,59 TVt/saat, karbon qazı tullantılarının həcmi isə 130,5 milyon metr ton təşkil edəcək.
Alimlərin məlumatına görə, 2020-ci ilin aprelinə olan vəziyyətə görə, qlobal blokçeyn əməliyyatlarının 78,89%-i Çinin payına düşüb.