Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzun ömür sürmək üçün ən yaxşı qida rejimi

Uzun ömür sürmək üçün ən yaxşı qida rejimi

Tarix: 11 Aprel 2021 18:12

Alimlər ömür sürəyini artırmaq üçün ən yaxşı qida rejimini hesablayıblar. 

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Science and Technology Daily portalı yazır.

Çinli mütəxəssislər Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyanın 29 ölkəsindən 1.9 milyon insanın iştirak etdiyi qida vərdişləri barədə 26 müxtəlif tibbi araşdırmanın nəticələrini müqayisə ediblər.

Məlum olub ki, gündəlik beş porsiya meyvə-tərəvəzin istehlakı ən aşağı ölüm riskləri ilə mütənasib olub. Gün ərzində beş porsiya meyvə-tərəvəz yeyən iştirakçıların ömrü daha uzun olub, müxtəlif səbəblərdən ölüm riski 13, ürək-damar xəstəliklərindən ölüm riski 12, xərçəngdən - 10, respirator xəstəliklərdən ölüm riski isə 35% azalıb. 

Ancaq mütəxəssislər xəbərdarlıq ediblər ki, heç də bütün meyvə və tərəvəzlər orqanizmə eyni cür fayda vermir. Məsələn, nişastalı tərəvəzin - noxud, qarğıdalı, kartof - istehlakı müxtəlif səbəblərdən və ya müəyyən xroniki xəstəliklərdən ölüm riskini azaltmır. Yaşıl, yarpaqlı tərəvəzlər, eləcə də beta-karotin və C vitamini ilə zəngin olan (sitrus, giləmeyvə və kök) meyvələr daha faydalı hesab olunub.


Etiketlər:  Uzun ömür sürmək üçün yaxşı qida rejimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ