Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 16:45
Rotterdamda "Avroviziya 2021"in keçiriləcəyi səhnənin quraşdırılmasına start verilib.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.
"Niderland televiziyası tarixində ən mürəkkəb şou üçün səhnənin, səhnə arxasının, mətbuat mərkəzinin və digər infrastrukturun qurulması üzrə işlər koronavirusla mübarizə tədbirlərinə ciddi şəkildə riayət olunmaqla, gecə və gündüz aparılacaq", - deyə press-relizdə bildirilib.
Xatırladaq ki, "Avroviziya 2021" müsiqi müsabiqəsi 18-22 mayda Rotterdamda keçiriləcək. Sayca 65-ci yarışma "Açıl" (Open Up) şüarı ilə təşkil olunacaq.