Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 10:50
Yayımlandığı ilk gündən böyük tamaşaçı auditoriyasını ekran başına toplayan "Çukur" serialında növbəti dəfə aktyor ayrılığı yaşanacaq.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ekran işini aktrisa Ece Yaşar tərk edəcək. O, serialda Karaca Koçovalı obrazına həyat verirdi.
Ecedən əvvəl isə Celasun rolunu ifa edən aktyor Kubilay Aka ekran işi ilə yollarını ayırıb.
Qeyd edək ki, "Çukur"un əsas rollarında Aras Bulut İynemli və Erkan Koçak Köstendil kimi məşhur aktyorlar çəkiliblər.