Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

Bayden müsəlmanlara səsləndi: Mən və xanımım...

Tarix: 13 Aprel 2021 13:26

ABŞ Prezidenti Co Bayden Ramazan ayının başlaması ilə bağlı yazılı açıqlama verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Co Bayden müsəlmanlara qarşı qərəz və hücumların qəbuledilməz olduğunu və dayandırılmasını vurğulayıb.

"Çindəki uyğurlar, Myanmadakı Rohinca müsəlmanları və dünyadakı müsəlman cəmiyyətləri də daxil olmaqla, insan haqlarını müdafiə etməyə davam edəcəyəm.

Həyat yoldaşım və mən ABŞ-dakı və dünyadakı müsəlman icmalarına təbriklərimizi göndəririk. Ramazan ayınız mübarək", - Bayden bildirib.

O, qarşılarında ümidli günlərin olduğunu və Qurani-Kərimdən Nur surəsinin 35-ci ayəsini qeyd edib:

"Allah göylərin və Yerin nurudur".

Milli.Az


Etiketlər:  Bayden müsəlmanlara səsləndi Mən xanımım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ