Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 14:40
ABŞ-da Minnesota ştatında polis tərəfindən afroamerikalının öldürülməsindən sonra Bruklin-Senterin meri Mayk Elliot şəhər menecerini işdən qovub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Elliot "Facebook" səhifəsində yazıb:
"Bizim şəhərimizin meneceri vəzifəsindən azad edilib".
Onun səlahiyyətlərinin millət vəkilinə veriləcəyi qeyd olunur. Merin sözlərinə görə, qərar dərhal qüvvəyə minir.
Xatırladaq ki, polisin afroamerikalını güllələməsindən sonra şəhərdə etirazlar başlayıb.