Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 17:39
Uşaq doğulduğu ailəni seçmək imkanına sahib olmadığı kimi, bir xalq da qonşusunu müəyyənləşdirmək fürsətindən məhrumdur. Eyni ilə əsrlər öncə Azərbaycan torpaqlarına köçürülərək islama, türkçülüyə, müsəlmanlara qənim kəsilən haylar kimi. Bəlkə də dünya tarixinin ən qəddar, ən qaniçən düşməni Azərbaycan xalqının "payına" düşüb.
Lakin müharibənin gedişində olduğu kimi təəssüf ki, bu gün də düşmənin nə qədər mundar, vəhşi olduğunu sübut edən, başını əzdiyimizi, varlığımızı, kimliyimizi ortaya qoyan faktlar meydana çıxınca içimizdəki ermənidən çox erməniləşənləri də tanımaq imkanı yaranır.
Hərbi Qənimətlər Parkının açılışından bir gün sonra dövlət başçısının ADA-da baş tutan konfrans zamanı dediyi "Ermənilər nəhəng istehkamlar, müdafiə xətləri tikməklə həmin torpaqları əbədi işğalda saxlamaq istəyirdi" sözləri bu sərginin məqsədini, məramını bir daha ortaya qoydu. Düşmənin təmas xətti boyunca 30 il ərzində qurduğu keçilməz istehkamlar belə 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti qarşısında tab gətirə bilmədi. Nəticədə öz xoşu ilə ərazilərimizi tərk etməyən düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edildi ki, bu dün də məhz bu parkda düşməndən geriyə qalan həmin mənzərə ziyarət edənlərin hüzuruna veriləcək.
İşğaldan azad edilən hər qarış ərazi bizi düşmənin məlum olmayan yeni bir vəhşiliyi ilə üz-üzə qoyurdu. İstər birinci Qarabağ müharibəsi zamanı, istərsə də Vətən Müharibəsində düşmənimizin nə qədər kinli, nə qədər amansız olduğunu dünyaya nümayiş etdirdi. Bu hərbi qənimət parkı Azərbaycanın böyüməkdə olan gələcək nəsillərinə şərəfli tariximizi xatırlatmaq, onların daim ziyarət edəcəkləri bir məkan olmaqla yanaşı, eyni zamanda düşmənimizin kim olduğunu, hansı hiyləyə, hansı kin-küdurət sahibi olduğunu da heç vaxt unutmamaq üçün mühüm yerə malikdir.
Sözümün təsdiqi olaraq eyni ilə Ali Baş Komandanın ADA-da dünyanın önəmli beyin mərkəzlərinin dörd gözlə izlədiyi konfrans zamanı dediyi kimi: "Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq. Eyni zamanda biz gələcəyə baxmalıyıq". Bəli, köpəklə yoldaşlıq et, amma çomağını yerə qoyma.
Prezident İlham Əliyevin ötən gün əvvəl Bakıda Hərbi Qənimətlər Parkının açılışını etdikdən sonra sosial şəbəkələrdə bir qrup şəxsin reaksiyası təəssüf ki, insanda ikrah hissi oyadır. Dünəndən bəri özünü "öldürən", dəbilqə ağlaşması quran, Hərbi Qənimətlər Muzeyinə görə "inciyən"lərin və az qala "bu, faşizmdir" deyənlərin nəzərinə:
1. Nasist geyimlərinin Kopenhagendə muzeydə nümayiş olunur - II Dünya Müharibəsindən sonra yaradılan bu muzey, indiyə kimi Danimarkaya səfər edən turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir.
2. 24 iyun 1945-ci ildə Moskvada Zəfər Bayramı Paradında tutulan nasist bayraqları yer ilə süründürüldükdən sonra yandırılması...
3. Alman hərbi əsirlərinin Parisdə hərbi paradda keçidi
Hərbi Qənimətlər Parkı bundan sonra ermənilərin və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdiyini təsdiq edən 5 hektardan ibarət bir ərazi olmaqla yanaşı, müharibənin hər anına özündə əks etdirən döyüş yoluna qısa bir ekskursiya olacaq. Bu Parkın qısa bir zamanda Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevriləcəyi istisna edilmir.
Təhməz Əsədov