Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Traktor Sazi'' yenə uduzdu

''Traktor Sazi'' yenə uduzdu

Tarix: 26 Aprel 2019 20:36

İran çempionatında 27-ci turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” səfərdə İsfahan "Zob Ahan"ı ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Bu, Təbriz klubunun ardıcıl 3-cü məğlubiyyəti olub. Komanda bundan əvvəl "Paykan"a (0:1) və "Sepidrud"a (1:3) uduzub.

Qeyd edək ki, "Traktor Sazi" 49 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 55 xalla "Persepolis" başçılıq edir. "İstiqlal" və  "Sepahan" 50 xalla 2-3-cü pillələri bölüşdürür.

 


Etiketlər:  Traktor Sazi yenə uduzdu


RƏYLƏR