Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fikir gücü vasitəsilə ping-pong oynayan meymun - VİDEO

Fikir gücü vasitəsilə ping-pong oynayan meymun - VİDEO

Tarix: 13 Aprel 2021 21:52

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib. Belə ki, startapın təqdim etmiş olduğu videoda meymun öz beyninə yeridilmiş xüsusi çip vasitəsilə ekrandakı sadə əməliyyatları yerinə yetirə bilir və ping-pong oynayır. Çox güman ki, artıq yaxın gələcəkdə bu cür texnologiya iflic olmuş şəxslərə ətraf insanlarla ünsiyyət qurmaq imkanını və hətta öz bədənlərinin hərəkət etmə qabiliyyətlərini qaytarmaq şansını verəcək. Bu barədə New Atlas saytı xəbər verib. Pager adlı 9 yaşlı meymun sözügedən videonun çəkilməsindən 6 həftə öncə neyroimplantın beyinə yerləşdirilməsi əməliyyatından keçmişdi.

İlk öncə meymunə joystick vasitəilə ping-pong oynamaq öyrədilib. Mükafat olaraq isə meymuna xüsusi boru vasitəsilə banan şirəsi verilib. Proses çərçivəsində Link adlı cihaz meymun beynində hansı neyronların aktivləşdiyi barəsində məlumatları qeydə alıb. Bu üsul ilə sistem meymunun əl hərəkətini öncədən təyin etməyi öyrənib. Məlumatlar hər 25 millisaniyə ərzində Bluetooth vasitəsilə deşifrələmə tətbiqinə göndərilib. Həmin tətbiq isə öz növbəsində neyronlu patternlər ilə meymunun üstünlük verdiyi hərəkətlər arasındakı qarşılıqlı əlaqə modelini tərtib edib.

Daha sonrakı mərhələdə joystick deaktiv edilib və meymun yalnız öz fikir gücü sayəsində ping-pong oynamağa başlayıb. Qeyd etmək lazımdır ki, hələ keçən ilin avqust ayında Neuralink şirkəti Link adlı kiçik çipi təqdim etmişdi. Tədqiqatlar onu göstərir ki, neyrointerfeyslərdən dronların, protezlərin və ya elektron cihazların fikir gücü ilə idarə olunmasında istifadə oluna bilərlər. Lakin onların ən çox diqqət çəkən potensial innovasiyalarından biri də kompüterə birbaşa qoşulmaq imkanıdır. Neuralink-in əsas ilkin məqsədi tibb sahəsi üçün tamamilə naqilsiz neyrointerfeysin yaradılmasıdır.

Milli.Az


Etiketlər:  Fikir gücü vasitəsilə ping pong oynayan meymun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ