Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 02:24
Fransa Liqasında 28-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Qol.az xəbər verir ki, lider PSJ səfərdə “Nant”la qarşılaşıb. ÜÇ gün əvvəl səfərdə “Lill”ə 1:5 hesabı ilə uduzan Tomas Tuhelin komandası bu dəfə də uduzub - 2:3.
Qeyd edək ki, Paris klubu qalib gələcəyi təqdirdə sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Hazırda 81 xalla turnir cədvəlinə başçılıq edən PSJ ən yaxın izləyicisi "Lill"i 17 xal qabaqlayır.
"Nant" – PSJ - 3:2
Qollar: D.Karlos, 22, Varis, 44, D.Alves, 52-avtoqol – D.Alves, 19. M.Güclü, 89.