Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serialda dava düşdü - Çəkilişlər dayandırıldı

Serialda dava düşdü - Çəkilişlər dayandırıldı

Tarix: 20 Aprel 2021 11:30

Türkiyənin ATV kanalında yayımlanan reytinqli "Hercai" serialının final bölümünün çəkiliş meydançasında dava düşüb. Belə ki, Mardində reallaşan çəkilişlərə baş obraz Akın Akınözü (Miran) gecikib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor ona edilən xəbərdarlıqlara əsəbiləşərək kulisi dağıdıb. İddiaya görə, çəkiliş heyətindən bir nəfərə hücum edib, daha sonra məkanı tərk edib. Bu səbəbdən çəkilişlər müvəqqəti olaraq dayandırılıb.

Sözügedən hadisədən təsirlənən serialın digər baş obrazı Ebru Şahin (Reyyan) həmkarına etiraz edib, hətta onu instaqramda izləmə siyahısından çıxarıb.

Milli.Az


Etiketlər:  Serialda dava düşdü Çəkilişlər dayandırıldı


RƏYLƏR