Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA prezidenti: “Biz məğlubedilməzik”

UEFA prezidenti: “Biz məğlubedilməzik”

Tarix: 20 Aprel 2021 17:04

"Superliqa böhranı UEFA-nı daha da gücləndirəcək".

Milli.Az apasport.az-a istinadən xəbər evrir ki, bunu UEFA-nın prezidenti Aleksandar Çeferin deyib.

Qitə futbol qurumunun Konqresində çıxış edən sloveniyalı funksioner yeni yaradılan Superliqa ilə bağlı sərt qərarlarından dönməyəcəklərini söyləyib: "Bir an da fikrimizdə tərəddüd etməyəcəyik. Biz məğlubedilməzik və futbolu daha da gücləndirəcəyik. Klublarımızın uyğunlaşmasına və ayağa qalxmasına kömək edəcəyik".Çeferin Maliyyə Feyr-Pleyinin ləğv ediləcəyi ilə bağlı xəbərləri də təkzib edib: "Bu baş verməyəcək. Ancaq Maliyyə Feyr-Pleyini yeni reallığa uyğunlaşdırmalıyıq".

Milli.Az


Etiketlər:  UEFA prezidenti Biz məğlubedilməzik


RƏYLƏR