Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 18:00
Aktyor İslam Mehrəliyev Oksana Rəsulovanın "Bu ana kimi" proqramına həyat yoldaşı Nəzrin və övladları ilə birlikdə qatılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, övladlarından danışan sənətçi qızı Məryəmdən söz açıb.
"İndidən hamını parodiya edir. Evdə kim söz deyir, başlayır təkrarlamağa. İndidən mənim yolumu davam etdirir. Qızımda aktrisalıq var. Deyirəm, özünü yığışdır, olmaz. Uşaqlar mənə ata yox, İsi deyirlər" deyə, İslam söyləyib.
Nəzrin həyat yoldaşı haqda "İslam daha çox işinə vaxt ayırır. Buna da məcburdur. Amma vaxt tapan kimi uşaqlarla gəzməyə gedir. Əsəbləşəndə uşaqları küncə qoyuram" sözlərini deyib.