Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qənimətlər parkına ziyarətçi axını - VİDEO

Qənimətlər parkına ziyarətçi axını - VİDEO

Tarix: 21 Aprel 2021 11:14

Yüksək əhval-ruhiyyə, xoş təəssüratlar, pozulan qanunlar

Milli.Az bildirir ki, artıq 6 gündür ki, Azərbaycanın Qarabağ Müharibəsindəki qalibiyyətini özündə təcəssüm etdirən Hərbi Qənimətlər Parkı vətəndaşlara açıq elan edilib.

Bu münasibətlə paytaxt sakinləri məkana axın edir.

Onların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimləndiyi üçün növbəylə buraxılır.

Obyekti ziyarət edənlər təəssüratlarını REAL TV ilə bölüşüb.

Məkana üz tutan ziyarətçilər sırasında qayda-qanunları pozanlar da var. Məsələn...

Qeyd edək ki, Hərbi Qənimətlər Parkındakı eksponatların arasında Azərbaycan Ordusunun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Eyni zamanda ərazidə İkinci Qarabağ Müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar var.

Onu da bildirək ki, məkana giriş iki manat, şəhid ailələri, qazilər və onların ailələri, 6 yaşa qədər olan uşaqlar üçün isə pulsuzdur.

Milli.Az


Etiketlər:  Qənimətlər parkına ziyarətçi axını VİDEO


RƏYLƏR