Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 13:00
Aparıcı Seren Serengil məhkəməyə verilib.
Sonxeber.net axşam.az istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkətl ilə müqavilə imzalayıb.
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.
Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.